Cahangir Əsgərovun yerinə görün hansı nazir gəlir
2022-02-18 22:52:00
Fevralın 19-da saat 10:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.
Qruma rəhbər olaraq kənd təsərrüfatı naziri İnam Kərimovun namizədliyinin irəli sürüləcək.
Məlumata görə, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərov yenidən bu posta sahib olmaq üçün namizəd olmayacaq. \\32gun.az