Cahangir Həsənzadə vəzifədən azad edildi
2026-04-03 12:46:17
Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) texniki direktor vəzifəsindən azad edilib.
Bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.
O bildirib ki, bu gün Cahangir Həsənzadənin son iş günüdür və yaxın vaxtlarda yeni təyinat reallaşacaq.
Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsini icra edirdi.