Cahid Bağçı: “Avropanın dəyişən təhlükəsizlik sistemində Azərbaycan və Türkiyə böyük önəmə sahibdir”
2022-10-29 22:29:00
"Avropanın dəyişən təhlükəsizlik sistemində Azərbaycan və Türkiyə böyük önəmə sahibdir”.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyə Cümhuriyyət bayramı ilə bağlı keçirilən tədbirdə deyib.
“Diplomatik münasibətlərimizin 30-cu ilində tarixi Şuşa Bəyannaməsi hədəfləri istiqamətində çalışmağa davam edirik. Birgə ticarətimiz beş milyard dolların üstündədir. Türkiyə bütün sahələrdə - dövlət və özəl sektorda daima Azərbaycana dəstəkdir”, - deyə səfir əlavə edib. \\Qazet.az