Cahit Bağcı: “30 avqust Türkiyənin müstəqillik mübarizəsini qazandığı gündür”
2022-08-30 20:58:00
“30 avqust Türkiyənin müstəqillik mübarizəsini qazandığı gündür. Türkiyə onun təhlükəsizliyinə qarşı təhdid törədən terror təşkilatları ilə mübarizəsini sona qədər davam etdirəcək”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, Türkiyə Silahlı Qüvvətləri yerli və modern silahları ilə dostda güvən, düşməndə qorxu yaradır:
“Zəfərlərimizdən aldığımız ilhamla ölkəmizin təhlükəsizliyinin tam olaraq təmin olunması üçün əlimizdən gələni edəcəyik”. \\Moderator.az