"Çalışırıq, amma alınmır" - Bayden
2023-12-20 21:33:19
ABŞ israrla Qəzzada humanitar fasilənin bərpası və girovların azad edilməsi üçün çalışır.
Hurriyyet.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
"Lakin humanitar fasilənin bərpası və girovların azad edilməsi yaxın gələcəkdə gözlənilmir", - Bayden vurğulayıb.
Ondan humanitar fasilənin bərpası və girovların azad edilməsi ilə bağlı vəziyyəti şərh etməsi xahiş olunub.
"Biz bunu israrla davam etdiririk. <...> Hazırda heç bir gözlənti yoxdur. Amma biz bunu israrla davam etdiririk", - deyə dövlət başçısı cavab verib.