📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Camaat kənddən şəhərə niyə gəlir?" - Deputat

2026-01-22 18:02:18

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib.

"Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.