Canlı skeletə bənzəyir – Saakaşvili tanınmaz halda
2023-07-03 17:20:00
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Vivamedi” klinikasından internet vasitəsi ilə məhkəmə prosesinə qoşulub. Videokörpü zamanı Saakaşvilinin hələ də arıqlamaqda olduğu görünüb.
Tbilisi Şəhər Məhkəməsində 2008-ci ilin noyabrında etiraz aksiyalarının dağıdılması ilə bağlı eks-prezidentə qarşı qaldırılmış cinayət işi ilə bağlı dinləmələr davam edir.
Hürr Tərcüman
