📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Canlı yayımda dava düşdü: AzTV-nin baş redaktoru Pənah Hüseyni döydü – VİDEO

2022-02-22 23:07:00

Canlı yayımda dava düşdü: AzTV-nin baş redaktoru Pənah Hüseyni döydü – VİDEO

Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində dava düşüb.

Proqramda keçmiş Baş nazir Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə yaranıb.

Mübahisə sonradan təhqirə keçdiyi üçün davaya çevrilib. Tofiq Abbas Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb.

Rauf Arifoğlu yayımı dayandırmağa məcbur olub.

Sözügedən görüntüləri təqdim edirik: