Caqaryan: “Putin Xamanei ilə görüşəcək”
Hurriyyet.az “İran.ru” saytına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı İran İslam İnqilabının lideri ayətullah Seyid Əli Xamanei ilə görüşəcək. Bu barədə açıqlamanı Rusiyanın İrandakı səfiri Levan Caqaryan “Rossiya-24” kanalına müsahibəsində verib: “Biz Prezident Putinin İran İslam respublikasının ali lideri və Prezident Rəisi ilə görüşəcəyini gözləyirik”.
Caqaryan “Rusiya ilə İran prezidentilərinin altıncı Xəzər sammitində qaldırdıqları həm regional, həm də ikitərəfli məsələlərlə bağlı geniş əhatəli fikir müadiləsinin Putinin İrana səfəri zamanı da davam edəcəyinə böyük ümidlər bəslədiyini” söyləyib.
Xəbər verdiyimiz kimi, Kremlin mətbuat təmsilçisi Dmitri Peskov RF Prezidenti V.Putinin 19 iyul tarixində Tehrana səfər edəcəyini, burada İran və Türkiyə prezidentləri ilə görüşəcəyini bildirib.
Hürr Tərcüman