CAR-dan İsrailə qarşı ittihamlar
Hurriyyet.az xəbər verir ki, BMT-nin Beynəlxalq Məhkəməsində keçirilən dinləmələrdə Cənubi Afrika Respublikasının Niderlanddakı səfiri Vusimuzi Madonsela İsraili fələstinlilərə qarşı aparteid siyasəti aparmaqda ittiham edib. Bu barədə məlumatı "Assoşieyted Press" agentliyi yayıb.
Səfir deyib: "Cənubi Afrika həm öz xalqının, həm də beynəlxalq ictimaiyyətin qarşısında xüsusi məsuliyyət daşıyır - biz dünyanın harasında olursa-olsun, yolverilməz və təhqiredici aparteid təcrübəsinin öz adı ilə çağırılmasına və dərhal dayandırılmasına nail olmalıyıq".
Onun sözlərinə görə, İsrailin fəaliyyəti hətta CAR-da mövcud olmuş aparteid rejiminindəkindən daha kəskin formadadır. Diplomat deyib: "İsrailin Fələstin ərazilərində apardığı siyasət təməlindən qanunsuzdur və müstəmləkəçilikdən fərqlənmir".
CAR İsraili Qəzza sektorunda soyqırımı törətməkdə ittiham edir. BMT-nin Beynəlxalq Məhkəməsi CAR-ın tələbi ilə başlanmış təhiqatda ifadə vermək üçün dünyanın 52 dövlətinin nümayəndələrini şahid qismində dəvət edib.
İsrail rəhbərliyi ittihamları rədd edir və məhkəmənin fəaliyyətini ədalətsiz və qərəzli adlandırır.
Hürr Tərcüman