Castin Trüdo: Kanada Ukraynaya qışı keçirmək üçün zəruri yardımları edəcək
2023-01-04 14:59:00
Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra qışda ukraynalılara bütün lazımi yardımı göstərəcəyini vəd edib.
"Bizim Ukraynaya və ukraynalılara dəstəyimiz dəyişməz olaraq qalır. Mən bu gün telefonla danışan zaman bunu prezident Zelenskiyə açıqladım və ona açıqladım ki, onları qış üçün zəruri olan hər şeylə təmin edəcəyik", deyə Trüdo tvitində yazıb.
Axşam müraciətində isə Zelenski dəstəyinə görə Kanada hakimiyyətinə təşəkkür edib və bildirib ki, Trüdo ilə söhbət onun ilin əvvəlindən bəri etdiyi dördüncü beynəlxalq zəngdir.
Ukrayna prezidenti artıq Hollandiya, Britaniya və Norveçin baş nazirləri ilə ünsiyyət qura bilib.
Ülviyyə, Hurriyyet.az