📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Cavaba layiq deyil...” - Makron Trampın təhqirlərinə reaksiya verməli oldu

2026-04-02 16:24:00

“Cavaba layiq deyil...” - Makron Trampın təhqirlərinə reaksiya verməli oldu

Donald Trampın Fransa Prezidenti Emmanuel Makronun barəsində işlətdiyi aşağılayıcı ifadələr mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tramp son çıxışında Makronu lağa qoyaraq deyib: " Makrona zəng etməyi düşünürdüm – arvadı onunla son dərəcə pis rəftar edir. O, hələ də çənəsindən aldığı yumruqdan sonra bərpa olunur”.

“AzPolitika” xəbər verir ki, jurnalistlər Makrondan Trampın bu fikirlərinə cavab verməsini istəyiblər. Lakin o, Trampın iddialarına münasibət bildirməkdən imtina edib.