Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
2024-04-05 10:12:37
Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, Rza Cavadxani uzun müddətdir yaşadığı ABŞ-də dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, mərhumun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır.
Qeyd edək ki, Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi olan Rza Cavadxani 2007-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi.
bakupost.az