📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cavanşir Feyziyev bu vəzifəsini itirdi

2022-04-15 11:45:00

Cavanşir Feyziyev bu vəzifəsini itirdi

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişib

Hurriyyet.az xəbər verir ki, işçi qrupunun rəhbəri vəzifəsinə deputat Soltan Məmmədov seçilib.

Bundan əlavə, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanov seçilib.

Xatırladaq ki, buna qədər Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi.