📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cavanşir Feyziyevə məxsus şirkət cərimələndi

2022-07-28 11:16:00

Cavanşir Feyziyevə məxsus şirkət cərimələndi

“Buta Farm” MMC-yə daha bir cərimə protokolu yazılıb.


MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.


İş hakim Elnur Nuriyevin icraatına verilib.


Məhkəmə iclası avqustun 3-nə təyin edilib.


Xatırlatma: “Buta Farm” MMC-yə daha əvvəl eyni xəta ilə bir neçə dəfə cərimə protokolu yazılıb.


Qeyd: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.