Cavanşir körpüsü söküldü - FOTO
2024-05-21 10:55:39
Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülüb.
Hurriyyet.az-ın məlumatına görə, söküntü işlərinə mayın 20-dən etibarən başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
