📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cavanşir Quliyev: “Üzümə yaxşı baxsalar, getmərəm” — VİDEO

2022-10-11 22:04:00

Cavanşir Quliyev: “Üzümə yaxşı baxsalar, getmərəm” — VİDEO

“İllərlə evimin qapısı bağlı idi. Hərdənbir ora gedib-gəlirdim, Azərbaycana gəldiyimdə ilk işim evimi təmizləmək oldu”.

Bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev qonaq olduğu “Axşam havası” verilişində deyib.

71 yaşlı bəstəkar Azərbaycana gələr-gəlməz bir sıra universitetlərdə işə düzəldiyini açıqlayıb.

“Bura gələn kimi, dostlarla görüşlərim oldu. Müxtəlif idarələrdə işləyən dostlarım Azərbaycana gəlişimdən xəbər tutub, zəng etdilər. Məni müxtəlif yerlərə işə dəvət edirlər. “Xəzər” universitetidə işə başladım. “Bakı Akademiyası”da və “Milli Konservatoriya”da işlərim gözlənilir. Üzümə yaxşı baxsalar, getmərəm”, - deyə C.Məmmədov bildirib.

 

 

Bizim.Media