📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cavid Hüseynov: "Ehtiyacımız nə xala, nə də nəticəyədir" - AÇIQLAMA

2022-08-19 19:25:00

Cavid Hüseynov:

"İlk xalımızı qazandıq. Artıq yeni yaranmış bir klub olaraq formalaşmışıq. Xal qazandığımız üçün şadam. Ancaq belə demək mümkünsə, ehtiyacımız nə xala, nə də nəticəyədir. Əsas məqsədimiz gündən-günə, oyundan-oyuna inkişaf etmək və məzmunlu oyun göstərməkdir".

Hurriyyet.az bildirir ki, bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edən "Şamaxı"nın baş məşqçisi Cavid Hüseynov deyib.

Gənc mütəxəssis futbolçularına güvəndiyini bildirib:

"Bəzən mənə deyirlər ki, futbolçulardan çox şey tələb edirsən. Bəli, mən onların potensialına bələd olduğum üçün çalışıram ki, futbolçulardan maksimumunu tələb edim. Məqsədə çatmaqçün mütləq əzmkarlıq nümayiş etdirməlisən".

Hüseynov VAR sisteminin ölkə çempionatında tətbiqiylə bağlı da danışıb:

"Qərarlar verilərkən müəyyən gecikmələr olur. Bu, bütün dünyada belədir. Yəqin ki, ədaləti bununla axtarırlar. Bilirsiniz ki, ötən mövsümlərdə kifayət qədər hakim səhvləri olurdu. Bəlkə ümid edirlər ki, bu neqativ hallar VAR vasitəsilə azalar. Dünyada necədirsə, bizdə də elə".

 

Elsevər Muradzadə, Şamaxı