📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”nın sədri vəzifəsindən azad edildi

2022-05-24 20:42:00

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”nın sədri vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Prezidentin digər sərəncamı ilə Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.