Çavuşoğlu: 20 ildir Azərbaycana xidmət edirəm!
2023-01-20 10:03:00
Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm.
Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib.
“20 illik siyasi həyatımda ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş SSRİ dövründə, o cümlədən imperiyanın sabiq rəhbəri İosif Stalinin hakimiyyətdə olduğu illərdə doğma yurdlarından didərgin salındıqlarını xatırladıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Axısxa türkləri Azərbaycan və digər türkdilli ölkələrdə məskunlaşıblar. (report)