📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “20 Yanvar şəhidlərinin yandırdığı məşəl əziz Şuşaya gedən yolu işıqlandırır”

2023-01-20 12:29:00

Çavuşoğlu: “20 Yanvar şəhidlərinin yandırdığı məşəl əziz Şuşaya gedən yolu işıqlandırır”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkələrdə –  “Feysbuk” və “Tvitter” səhifələrində 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyi tərəfindən Azərbaycanda törədilmiş qətliamın ildönümü ilə bağlı paylaşım edib.

Çavuşoğlu yazıb: “1990-cı il yanvarın 20-də yandırılan azadlıq məşəli bu gün əziz Şuşaya uzanan “Zəfər yolu”nu da işıqlandırır.

Bu atəşi yandıran əziz Şəhidlərin xatirəsi əbədi yaşayacaq”.

Hürr Tərcüman