📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu ABŞ-yə çağırış etdi

2023-05-22 21:35:00

Çavuşoğlu ABŞ-yə çağırış etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türk Evinin binasına edilən hücumu pisləyib və ABŞ hakimiyyətini türk diplomatik missiyalarını lazımi səviyyədə müdafiə etməyə çağırıb.

Bu barədə o, bazar ertəsi “Twitter” səhifəsində yazıb.

“Bu gün Nyu-Yorkda Türk Evinə iyrənc hücum həyata keçirilib. Biz ABŞ-dən dərhal məsuliyyət daşıyanları tapacağını və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək üçün adekvat müdafiəni təmin edəcəyini gözləyirik”, - diplomat qeyd edib.
Xatırladaq ki, bazar ertəsi səhər tezdən əlində dəmir parçası olan naməlum şəxs Türkiyənin Baş Konsulluğunun və digər türk təşkilatlarının ofislərinin yerləşdiyi Türk Evinin birinci mərtəbəsində ondan çox pəncərəni sındırıb.\\Ölkə.az