📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu Bayramovun səfərindən yazdı

2023-02-12 00:26:00

Çavuşoğlu Bayramovun səfərindən yazdı

Zəlzələnin ilk günündən göstərdiyi həmrəylik və dəstəyi ilə bizi tək qoymayan Azərbaycanın xarici işlər naziri dəyərli qardaşım Ceyhun Bayramova təşəkkür etdik.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.

“Azərbaycanlı qardaşlarımızla bir millət, iki dövlətik. Kədərimiz və sevincimiz birdir”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, bu gün XİN rəhbəri Ceyhun Bayramov Türkiyənin zəlzələ baş verən bölgəsinə səfər edib. \\Axar