📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu BƏƏ-də suriyalı və rusiyalı həmkarları ilə görüşə bilər

2023-01-05 18:00:00

Çavuşoğlu BƏƏ-də suriyalı və rusiyalı həmkarları ilə görüşə bilər

Hurriyyet.az xəbər verir ki, yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində Türkiyə, Suriya və Rusiya dövlətlərinin xarici işlər nazirlərinin – Mövlud Çavuşoğlu, Feysal Mikdad və Sergey Lavrovun görüşü keçirilə bilər. Bu barədə məlumatı Türkiyədəki mənbələrə istinad edən “RT Arabic” kanalı yayıb.

Qeyd edək ki, yanvarın 4-də Suriya Prezdenti Bəşər Əsəd BƏƏ-nin Dəməşqdə səfərdə olan Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Abdulla ben Zeyd Əl Nahayyanın başçılıq elədiyi nümayəndə heyətini qəbul etmişdi.

Hürr Tərcüman