📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”

2022-12-02 19:48:00

Çavuşoğlu: “Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”

“Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Romada keçirilən konfransda deyib.

“Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasına oturtmağa inandırmalıyıq”, - o bildirib.

Eyni zamanda, Çavuşoğlu Ukrayna və Rusiya nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü mart ayı ilə müqayisədə indi bunu etməyin daha çətin olacağını etiraf edib. \\Report