Çavuşoğlu Blinkenlə Ukraynadakı vəziyyəti müzakirə edib
2022-03-16 23:14:00
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Report-un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, söhbət zamanı Ukraynada davam edən müharibə, Kiyev və digər şəhərlərdə humanitar vəziyyət müzakirə edilib.