📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “Bu, Azərbaycanın sərvətlərinin oğurlanması deməkdir” – VİDEO

2022-12-14 20:36:00

Çavuşoğlu: “Bu, Azərbaycanın sərvətlərinin oğurlanması deməkdir”  – VİDEO

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Türkmənistan sammitindən sonra azərbaycanlı jurnalistlərə müsahibəsində ekofəalların Qarabağdakı sülhmərmalılardan tələbinin haqlı və beynəlxalq hüquq çərçivəsində olduğunu, Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib.

Çavuşoğlu sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın təbii ehtiyatlarının qeyri-qanuni istismarı və satışının mahiyyətcə Azərbaycanın sərvətlərinin qarət edilməsi olduğunu söyləyib.

Çavuşoğlu deyib: “Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq eləməlidir. Rusiyalı ssüljməramlıların müvəqqəti yerləşdikləri rayonlarda yaşayan ermənilər isə bu monitorinqlərə mane olmamalıdırlar. Azərbaycan hüquqi baxımdan da, qanunsuz fəaliyyətə qarşı ədalətli mübarizə baxımından da haqlıdır. Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.

Hürr Tərcüman