📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu dediyindən dönmədi: “Yalnız Ankara və İrəvanda“

2022-10-17 15:24:00

Çavuşoğlu dediyindən dönmədi: “Yalnız Ankara və İrəvanda“

"Türkiyə Ermənistanla əlaqələrin normallaşmasında səmimidir".

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusi nümayəndələr arasında görüşün Türkiyədə və ya Ermənistanda keçirilməsi barədə razılıq əldə olunub:

"Bundan sonra üçüncü ölkəyə ehtiyac yoxdur. Görüşlərin nə vaxt, harada keçirilməsinə xüsusi nümayəndələr qərar verəcək".

Xatırladaq ki, bundan əvvəl də XİN rəhbəri eyni fikri dilə gətirmiş və Ermənistan XİN onu təkzib etmişdi.

yenisabah.az