Çavuşoğlu elan etdi: “Danışıqlar başa çatdı”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovinadan olan həmkarı Bisera Turkoviç ilə birgə mətbuat konfransı keçirib.
Hurriyyet.az xəbər verir ki, Çavuşoğlu jurnalistlərə açıqlamasında ABŞ-la F-16 müzakirələrindən danışıb.
“Hərbi müzakirələr başa çatıb. Rəhbərliklə razılıq əldə olunub. Administrasiyanın bunun təkcə Türkiyə deyil, NATO üçün də vacib olduğunu vurğulaması da vacibdir. Rəhbərlik qərarlı olsa, heç bir problem olmayacaq”, - nazir bildirib.
Çavuşoğlu ABŞ-ın Türkiyə-Yunanıstan gərginliyinə münasibətinə də toxunub:
“Türkiyə-Yunanıstan münasibətlərində tarazlıq pozulmağa başlayıb. ABŞ-ın balans siyasəti vardı. Kiprin türk kəsimi ilə yunan kəsimi arasında tarazlıq pozulmağa başlayıb. Birləşmiş Ştatlar kimi müttəfiq bu balansı nəzərə almalıdır”.
teleqraf.com