📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu Əlcəzairə gedir

2021-08-14 11:35:00

Çavuşoğlu Əlcəzairə gedir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 14-15 avqust tarixlərində Əlcəzairə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüşlər zamanı dost və qardaş Əlcəzairlə ikitərəfli əlaqələrimizin bütün aspektlərinin müzakirə ediləcəyi və regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılması nəzərdə tutulur", - deyə məlumatda bildirilir.