📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “Ermənistan bu şansdan istifadə edə bilər”

2021-11-05 17:46:00

Çavuşoğlu: “Ermənistan bu şansdan istifadə edə bilər”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə XİN Ankaranın İrəvanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bir çox regional problemlərlə, o cümlədən, Qarabağ məsələsi ilə bağlı Rusiya ilə fəal əlaqə saxladığını bildirib. O, Ankara ilə Moskvanın milli maraqları nəzərə almaqla qurucu dialoq tərəfdarları olduğunu bildirib.

Çavuşoğlu İkinci Qarabağ müharibəsindən sonra Qafqazda dəyişikliklər olacağına ümid etdiyini əlavə edib: “Can Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə regionun uzunmüddətli sülh üçün tarixi şansı yaranıb”. Çavuşoğlu Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirərək deyib: “Ümid edirik ki, Ermənistan regionda sülh və inkişaf üçün bu şansdan istifadə edəcəkdir”.

 

Hürr Tərcüman