Çavuşoğlu: “Ermənistan konkret addımlar atmalıdır”
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu kanala müsahibəsində Türkiyənin Ermənistandan konkret addımlar gözlədiyini söyləyib: “Ermənistan konkret addımlar atmaqla bölgədə sülhə meylli olduğunu nümayiş etdirməlidir”.
“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Çavuşoğlu deyib: “Ankara hələ də İrəvan tərəfindən konkret addımlar atıldığını görmür. Ermənistan hakimiyyəti artıq sülh istiqamətində təşəbbüslər etməlidir. Danışmaq kifayət eləmir. Ermənistan konkret addımlar atmalıdır, o cümlədən, Zəngəzur layihəsi məsələsində, hərtərəfli sülh müqaviləsinin bağlanması üçün. Biz səmimiliyik, Azərbaycan səmimidir. İndi biz Ermənistanın nə dərəcədə səmimi olduğunu görmək istəyirik”.
Çavuşoğlu Ermənistan ilə Türkiyənin xüsusi nümayəndələrinin görüşdüyünü, “Paşinyanın Ərdoğana bayram günü zəng elədiyini” xatırladıb. Erməni-türk münasibətlərinin normallaşması prosesinin Azərbaycanla koordinasiya edilməsindən danışarkən Çavuşoğlu bildirib ki, “Ermənistan və digər ölkələr” unutmamalıdırlar ki, əslində bu, proses üçtərəfli xarakter daşıyır.
Nazir deyib: “Proses Bakı ilə koordinasiyalı şəkildə aparılmalıdır, çünki Türkiyə ilə Azərbaycan – bir millət, iki dövlətdir. Əgər bölgədə sülh olmalıdırsa, hamı üçtərəfli formatda bu istiqamətdə addımlar atmalıdır”.
Hürr Tərcüman