Çavuşoğlu Ermənistana Qafqazdakı layihələrə qoşula biləcəyini xatırladıb
2023-01-31 17:33:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın çoxtərəfli regional layihələrə qoşula biləcəyini bildirib. Bu layihələrdən biri – Orta dəhlizdir. Onun sözlərinə görə, Türkiyə tərəfi üç və ya dörd tərəfli mexanizmlərdən istifadə yolu ilə regionun potensialını reallaşdırır. Çüvuşoğlu Türkiyə-Azərbaycan-Gürcüstan-İran formatının regiona mühüm fayda verəcəyini söyləyib, Türkiyənin “gələcəkdə böyük əhəmiyyət kəsb edəcək Orta dəhlizdən” istifadəni artıracağını qeyd edib. Çavuşoğlu perspektivdə Ermənistanın da regional layihələrin iştirakçısı sırasına qoşula biləcəyini deyib.
Hürr Tərcüman