Çavuşoğlu: “Hər addımda Azərbaycan ilə birlikdə hərəkət edəcəyik... İrəvana çarter reysləri açılacaq”
2021-12-14 13:44:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib: “Ermənistanla münasibətləri normallaşdırmaq addımları çərçivəsində qarşılıqlı şəkildə nümayəndələr təyin ediləcək. Ermənistanın paytaxtı İrəvan ilə çarter reysləri açacağıq”.
Çavuşoğlu deyib: “Qafqazda, can Azərbaycanla birlikdə regional sülh və rifahı inşa eləmək üçün güclü diplomatik səy göstəririk... Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik”.
Hürr Tərcüman