📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu ilə Kuleba humanitar dəhlizin yaradılmasından danışdı

2022-03-03 23:05:00

Çavuşoğlu ilə Kuleba humanitar dəhlizin yaradılmasından danışdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

Telefon söhbətində Ukraynadakı mövcud vəziyyət müzakirə edilib.

Çavuşoğlu tərəflərin mülki şəxslərin təxliyəsi üçün regional səviyyədə də olsa, humanitar dəhliz yaratma məsələsində razılığla gəlmələrindən məmnunluq duyduğunu vurğulayıb:

“Bu dəhliz bir tərəfdən vətəndaşlarımızı təxliyə etmə imkanı yaradarkən, digər tərəfdən bu bölgələrə humanitar yardım çatdırılmasını asanlaşdıracaq”. \\Manşet.az