📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Çavuşoğlu ilə Suriyanın Xarici İşlər nazirinin görüşü üçün çalışırıq” – RF XİN-dən açıqlama

2022-10-04 13:54:00

“Çavuşoğlu ilə Suriyanın Xarici İşlər nazirinin görüşü üçün çalışırıq” – RF XİN-dən açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, RF Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Moskvanın Türkiyə ilə Suriyanın XİN rəhbərlərinin – Mövlud Çavuşoğlu ilə Feysal Mikdadın görüşünün keçirilməsi istiqamətində fəal şəkildə dialoq apardığını bildirib.

“Röyters” agentliyinin ötən ay yaydığı məlumatda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan ilə Suriyanın Milli Təhlükəsizlik Bürosunun rəisi Əli Məmlük arasında danışıqlar aparıldığı, tərəflərin iki ölkənin XİN rəhbərlərinin görüşünü müzakirə elədiyi xəbər verilirdi.

Hürr Tərcüman