📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “İranla Türkiyə arasında yol xəritəsi imzalanacaq”

2021-11-15 18:08:00

Çavuşoğlu: “İranla Türkiyə arasında yol xəritəsi imzalanacaq”

 

Ərdoğanın İrana səfəri gözlənilir.

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Tehran şəhərində iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə keçirdiyi mətbuat konfransındakı çıxışında Türkiyənin “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan – Türkiyə, İran, Rusiya) formatında İran ilə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.

Çavuşoğlu bir çox regional məsələlərdə Ankaranın Tehranla sıx əməkdaşlıq elədiyini qeyd edərək deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində iki ölkənin əməkdaşlığının yol xəritəsi imzalanacaq”.

 Hürr Tərcüman