📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu Makronun cavabını verdi: “Sözün varsa, üzümüzə de”

2021-10-07 17:26:00

Çavuşoğlu Makronun cavabını verdi: “Sözün varsa, üzümüzə de”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər nazri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Əlcəzair məsələsində Türkiyəni ittiham edən sözlərinə cavab verib.

Çavuşoğlu, son dövrdə tarixi məsələlərdə yanlış izah və təhriflərin səsləndirildiyini bildirərək deyib: “Bu məsələdə Fransanın nə qədər səmimi olduğuna dair sual işarələri artmağa başlayıb. Xüsusilə də, tarixində müstəmləkəçilik kimi qara ləkəsi olmayan Türkiyəni də bu çəkişmələrə cəlb eləməsi son dərəcədə yanlışdır. Əlcəzair də bu məsələdə lazımi etirazını bildirdi”.

Çavuşoğlu bu sözləri Türkiyə-Ukrayna Birgə Strateji Planlaşdırma Qrupunun 9-cu iclasında iştirak eləmək üçün səfər elədiyi Lvov şəhərində ukraynalı həmkarı Dmitro Kuleba ilə birgə mətbuat konfransında söyləyib: “Son zamanlarda Fransanın öz müstəmləkəçilik tarixi ilə üzləşməyə çalışdığını görürük və bunu da müsbət qarşıladığımızı əvvəl də bildirmişdik”.

Çavuşoğlu Prezident R.T.Ərdoğanın Makronla, özünün də fransalı həmkarı ilə mətbuat vasitəsi ilə deyil, üzbəüz danışmaq məsələsində həmfikir olduqlarını bildirib: “Bu baxımdan da bu cür açıqlamaları düzgün hesab eləmirik. Hazırda Fransa seçki atmosferinə daxil olub və seçkilər səbəbindən Makronun bu yollardan istifadə elədiyini görürük. Halbuki, nə Fransada, nə də başqa ölkələrdə bu cür ucuz yanaşmaların bir faydasının olmadığını gördük, görürük. O səbəbdən bu cür populist yanaşmalar əvəzinə öz xalqının etibarını qazanacaq addımlar atmasının daha faydalı olacağını düşünürəm. Bizimlə bağlı deyiləcək sözü varsa, arxamızdan deyil, birbaşa üzümüzə söyləməsini üstün tuturuq. Eynilə Prezidentimizi Rəcəb Tayyib Ərdoğanın etdiyi kimi”.

Hürr Tərcüman