Çavuşoğlu mayın 10-da Moskvada görüşlər keçirəcək
2023-05-06 10:08:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV kanalına açıqlamasında mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bildirib.
Çavuşoğlu burada Türkiyə-Suriya-Rusiya-İran xarici işlər nazirlərinin dördtərəfli sammitində iştirak edəcək.
Nazir deyib: “Bu gün (mayın 5-də – red.) Rusiya görü tarixini təsdiqlədi. Mayın 10-da səhər saatlarında ümumi görüş keçircəyik. Gündüz isə Lavrovla ikitərəfli görüş olacaq”.
Hürr Tərcüman