📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu Paşinyanın evinə hücumlardan danışdı: “Normallaşma prosesinin qarşısını almaq üçün Ermənistana güclü təzyiq edilir”

2022-07-04 20:16:00

Çavuşoğlu Paşinyanın evinə hücumlardan danışdı: “Normallaşma prosesinin qarşısını almaq üçün Ermənistana güclü təzyiq edilir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüş zamanı Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşdırılması yolunda ən böyük əngəlin İrəvan hakimiyyətinə olan təzyiq olduğunu söyləyib: “Cənubi Qafqazda davamlı sabitlik üçün hamımız birlikdə addımlar atmalıyıq. Bizim burada gördüyümüz ən böyük əngəl təəssüf ki, Ermənistan üzərindəki təzyiqdir. Diaspora bölünmüş vəziyyətdədir. Bir qismi dəstəkləyir, digəri isə əksinə. Ermənistan içərisində də radikal qruplar Baş nazirin evinə daima hücumlar edirlər... Ciddi təzyiq göstərirlər. Bu da Ermənistanın normallaşma məsələsində istər Azərbaycan, istərsə də Türkiyə ilə cəsur bir addım atmasının qarşısında əngəl yaradır. Lakin biz qarşıdakı dövrdə bu konstruktiv dialoqu davam etdirmək istəyirik”.

Çavuşoğlu Türkiyənin Ermənistanla danışıqların bütün mərhələlərində Azərbaycanla məsləhətləşdiyini və öz addımlarını Azərbaycanla koordinasiyalı şəkildə atdığını söyləyib.

Çavuşoğlu Zəngəzur dəhlizindən danışarkən Ukrayna ilə müharibə fonunda Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin əhəmiyyətinin artdığını deyib.

 

Hürr Tərcüman