Çavuşoğlu: “Rusiya ilə ABŞ Suriya öhdəliklərinə əməl eləmirlər”
2021-10-13 17:14:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə ABŞ-ın Suriyadakı öhdəliklərinə əməl eləmədiklərini və Türkiyənin Suriya ərazilərindən gələn PKK/YPG terror təhdidinə qarşı özünün addımlar atmalı olduğunu söyləyib: “Rusiya ilə ABŞ-ın Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməməsi fonunda Türkiyə Suriya ərazisindən gələcək təhdidləri dəf eləmək üçün bütün zəruri addımları atacaqdır”.
Hürr Tərcüman