📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “Rusiya-Ukrayna danışıqlarında ən böyük irəliləyiş bu gün baş verdi”

2022-03-29 17:27:00

Çavuşoğlu: “Rusiya-Ukrayna danışıqlarında ən böyük irəliləyiş bu gün baş verdi”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva ilə Kiyev arasında yaxınlaşma yarandığını bəyan edib. Ukrayna ilə Rusiyanın nümayəndə heyətlərinin İstanbuldakı görüşünün nəticələrinə həsr edilmiş brifinqdə çıxış edən Çavuşoğlu deyib: “Moskva ilə Kiyevin mövqelərinin yaxınlaşmasını məmnuniyyətlə qeyd edirik. Danışıqlar başlanandan bəri ən böyük irəliləyiş bu gün baş verib. Bəzi məsələlər üzrə artıq qarşılıqlı anlaşmaya nail olmaq mümkün olub”.

Hürr Tərcüman

Bir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər