Çavuşoğlu: “Rusiya və Ukraynanın iştirakı ilə Antalyada üçtərəfli görüş keçiriləcək”
2022-03-07 16:06:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu martın 10-da, Antalyada Türkiyə, Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini bildirib. Nazir bildirib ki, görüş Antalya Diplomatik Forumunun çərçivəsində baş tutacaq. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba forumda iştirak eləməyə razılıq veriblər.
Çavuşoğlu deyib: “Lavrov ilə Kuleba Antalyaya gələcəklər. Görüş mənim iştirakım ilə baş tutacaq. Biz onun təşkil edilməsi üçün böyük səy göstərmişik”.
Çavuşoğlu Ukraynada müharibə başlanandan bəri 12 min nəfərdən artıq türk vətəndaşının oradan təxliyə edildiyini də qeyd edib.
Hürr Tərcüman