📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu sabah Moskvaya gedəcək - "Bu gün-sabah gözəl xəbəri alarıq”

2022-03-15 16:37:00

Çavuşoğlu sabah Moskvaya gedəcək -

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, martın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya səfər edəcəyi gözlənilir. Agentlik bu məlumatı diplomatik mənbədən aldığını bildirib.

Bəlli olduğu kimi, dünən Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə telefonla danışıb. Türkiyənin Xarici İşlər naziri Mariupolda qalmış türklərin təxliyəsi barəsində açıqlama verərkən deyib: “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov gecəyarısı mənə zəng edib. Bu gün-sabah gözəl xəbəri alarıq”.

Hürr Tərcüman