📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: Türkiyə ciddi iqtisadi böhranla üz-üzədir

2022-06-27 11:09:00

Çavuşoğlu: Türkiyə ciddi iqtisadi böhranla üz-üzədir

Türkiyə əvvəlki böhranlardan müxtəlif dərəcədə zərər çəkib, lakin hazırda daha ciddi böhranla üz-üzədir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gün xalqımız yüksək inflyasiya, qiymət artımı və yaşayış xərclərinin artması ilə üz-üzədir. Biz bunu inkar etmirik, bunlar faktlardır. Amma bu böhranlar bütün dünyaya dərindən təsir edir”, - Çavuşoğlu bildirib.

Çavuşoğlu ölkə müxalifətini iqtisadi böhrandan sui-istifadədə ittiham edib.