Çavuşoğlu: “Türkiyə ilə Azərbaycan Avropaya yardım eləməyə çalışır”
2023-04-13 06:50:00
Hurriyyet.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın qaz tədarükü məsələsində Cənub-şərqi Avropa ölkələrinə, o cümlədən Bolqarısrana kömək eləməyə çalışdığını söyləyib.
Türkyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bolqarıstana səfəri zamanı aprelin 12-də, iftar süfrəsindəki çıxışında deyib: “İstər pandemiya, istərsə də indiki qlobal enerji böhranı dövründə olsun, Bolqarıstana böyük dəstək verdik. Azərbaycanla birlikdə Bolqarıstana enerji məsələsində yardım eləməyə çalışırıq. Xüsusilə TANAP boru kəmərinin məhsuldarlığını artıraraq, dost və müttəfiq ölkələrə birlikdə kömək edəcəyik”.
Hürr Tərcüman