📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”

2023-05-08 13:15:00

Çavuşoğlu: “Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mayın 8-də Lider Haber telekanalına müsahibəsində Türkiyənin ABŞ ilə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını bildirib.

Çavuşoğlu deyib: “Biz ABŞ ilə Aİ-nin Rusiyaya qarşı tətbiq elədiyi birtərəfli sanksiyalara qoşulmayacağıq. Biz öz mənfəətimizdən çıxış edirik. Eyni zamanda Montrö Konvensiyasının müddəalarının yerinə yetirilməsini diqqətlə izləyirik”.

Çavuşoğlu həmçinin, müxalifətin vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunun da çıxışlarını tənqid edib. Jurnalistin Kılıçdaroğlunun BBC-yə açıqlamasımda gələcəkdə Kreml ilə yox, Qərblə əməkdaşlığı planlaşdırması fikrinə şərh verməsi istəyinə cavab olaraq Çavuşoğlu deyib: “Xatırlayırsınız ki, mitinqlərin birində o, tamamilə fərqli bəyanat vermiş, Türkiyə ilə Rusiyanın münasibətlərini heç bir təhlükə gözləmədiyini söyləmişdi. O, öz açıqlamalarında ardıcıl deyil”.

Hürr Tərcüman