📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu: “Türkiyə Rusiya ilə NATO arasında dialoqa töhfəsini verməyə hazırdır”

2021-12-27 17:40:00

Çavuşoğlu: “Türkiyə Rusiya ilə NATO arasında dialoqa töhfəsini verməyə hazırdır”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə dövlətinin Rusiya ilə NATO arasında dialoqa töfhə verməyə hazır olduğunu bildirib.

NATO ilə Rusiya arasındakı münasibətlərdəki gərginlikdən danışan Çavuşoğlu Ankaranın regionda istənilən münaqişənin əleyhinə olduğunu bildirib. Türkiyə diplomatiyasının başçısı NATO ölkələrinin Rusiyaya yanaşmalarının fəqrli olduğunu vurğulayaraq deyib: “Mövqelər fərqlidir: bəzi ölkələr təmkinli davranmağa meyl edirlər, bəziləri isə dialoq tərəfdarıdırlar. NATO blokuna daxil olan 30 müttəfiq ölkənin hərəsinin bu və ya digər istiqamətlərdə öz arqumentləri vardır”.

Çavuşoğlu Ankaranın Moskva ilə dialoq tərəfdarı olduğunu qeyd edib:  “Biz hesab edirik ki, dialoq yolu vasitəsi ilə gərginlik ortadan götürlə və ya ən azı, minimuma endirilə bilər. Bu baxımdan keçirilməsi nəzərdə tutulan NATO Şurası-Rusiya iclasını mühüm hesab edirik. Ölkəmiz bu cür görüşlərin müntəzəm keçirilməsinin tərəfdarıdır. Ankara bu prosesə müsbət tövhə verməyə davam edir. Rusiya Moskva ilə NATO arasındakı gərginliyin azaldılması məsələsində Ankaraya hər hansı bir təklif göndərsə, biz bu təşəbbüsü müsbət qarşılayacağıq. Çünki, Türkiyənin mövqeyi tam aydındır. İstənilən silahlı münaqişə hökmən qonşu dövlətlərə də öz təsirini göstərəcəkdir”.

Hürr Tərcüman