Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışdı
2021-11-04 17:59:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukrayna mövzusunun Rusiya ilə münasibətlərdə həssas məqam olduğunu, bununla yanaşı Ankara ilə Moskva arasında konstruktiv dialoqun davam etdiyini bildirib. Nazir deyib: “Bizim aramızda fikir ayrılıqları olsa da, qarşılıqlı həssaslığa riayət edərək, qurucu dialoqu davam etdiririk. Ukrayna mövzusu da bunlardan biridir”.
Xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Türkiyə Krım tatarı olan soydaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün səy göstərməyə davam edəcəkdir.
Hürr Tərcüman