Çavuşoğlu: “Türkiyə təktərəfli sanksiyalara qoşulmayacaq”
2023-03-01 20:35:00
Hurriyyet.az TASS infromasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın Rusiya ilə İrana qarşı birtərəfli sanskiyalara qoşulmayacağını bildirib.
Çavuşoğlu deyib: “Biz hansısa birtərəfli sanksiyalara qoşulmuruq, yalnız BMT-nin dəstəklədiyi sanksiyaları dəstəkləyirik”.
Çavuşoğlu deyib: “Biz özümüz qərar veririk. Heç kim bizə təzyiq göstərə bilməz”.
Qeyd edək ki, Çavuşoğlu Hindistanda G-20 sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Hürr Tərcüman